Fransız aktyor Yan-Pol Belmondo 89 yaşında vəfat edib.
Lent.az bildirir ki, bu barədə AFR aktyorun vəkilinə istinadla məlumat yayıb.
Belmondo 1933-cü il aprelin 9-da anadan olub. 1956-cı ildə filmdə debüt edib. Jan-Lyuk Qodardın "Son nəfəsdə" filmindəki rolundan sonra "yeni dalğa" kinoteatrının simvolu olub. Ümumilikdə yüzə yaxın rol oynayıb. 2001-2008-ci illərdə insult keçirdiyinə görə filmdə rol almayıb, sonra çəkiliş meydançasına qayıdıb.
2015-ci ildə film karyerasının sona çatdığını elan edib, ancaq iki ay sonra fikrini dəyişdiyini və təkliflər alınacağı təqdirdə onları nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Belmondo müxtəlif film mükafatları laureatı olub. 2016 -cı ildə kinoya verdiyi töhfəyə görə “Qızıl aslan” alıb.