İzləyicilər məşhur aktyoru görəndə niyə söyürlər? - Məşhurlardan Gülməcələr
09 avqust 2022 18:21 (UTC +04:00)

İzləyicilər məşhur aktyoru görəndə niyə söyürlər? - Məşhurlardan Gülməcələr

Lent.az "Məşhurlardan gülməcələr" rubrikasına davam edir:

Türk filmlərində oynadığı rəngarəng obrazlarla xalqın sevimlisi olan ustad oyunçu Şənər Şən deyirdi:

"Mənim filmlərdə canlandırdığım obrazlar əsasən fırıldaqçı kişi obrazları olurdu, qəhrəmanlarım tez-tez “ səni gidi səni!”, “əclaf”, “kırto”, “züyürt” kimi ifadələrdən istifadə edirdilər. Elə bu obrazlarla sevmişdi xalq məni. Di gəl ki, küçədə gedərkən  heyranlarım üstümə gəlib, salamlaşmaq əvəzinə, hər məni görəndə o məşhur kəlamlarımdan sitatlarla salamlayırdılar məni.

Küçədə  gedərkən kimsə yanımdan keçib gülə-gülə, “səni kırto, səni gidisəni, Əclaf, züyürt“, deyəndə hər kəs onların məni təhqir etdiyini, söydüyünü düşünürdü. Əslində isə tamaşaçılar məni unutmadıqlarını, sevdiklərini elə beləcə söyərək dilə gətiridilər. Nə edək, hər ksəin bəxtinə bir cür sevgi düşür. Mənim  qismətimə də söyülmək yazılıb".

***
Şənər Şən gənc olarkən pul qazanmaq üçün Urfada Aşurə mərasiminə qatılır. O zamanlar qurulan xalq tamaşasında heç kim Yezid rolunu oynamaq istəmir. Şənər Şən pul müqabilində rola razılaşır. Tamaşda əlində körpə uşaq olan bir nəfər yaxınlaşıb Şənərdən körpə üçün bir içim su istəyir. Yəzid bu suyu təbii ki, verməməli, xalqın nifrətini qazanmalıydı.

Tamaşadan öncə kəndin mollası Şənərə bərk-bərk tapşırır ki, heç kimə su verməsin. Lakin qarşısındakı adam o qədər ürəkli yalvarır ki, Şənər dözməyib deyir:

“Allah bu mollaya lənət eləsin, mən sənə su verərəm e, o bərk- bərk tapşırıb ki verməyim”.

Tamaşa baş tutmur, ağlamaq əvəzinə xalq gülür və Şənərə pul vermədən Urfadan qovurlar.

# 3336
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar