İranlı rejissor Faeze Əzizxaninin filmi bu il martın 11-dən 20-nə kimi Texasda keçiriləcək SXSW proqramına daxil edilib.
Lent.az bildirir ki, bu barədə İRNA məlumat yayıb.
Filmdə uğursuz yazıçı və kino həvəskarı olan iranlı qız "Xaniyyə"nin hekayəsindən bəhs edir.
South by Southwest (SXSW) mart ayının ortalarında ABŞ-da, Texas ştatının Ostində baş tutan bir sıra musiqi, film və media festivalları və konfranslarını əhatə edən illik tədbirdir. Festival 1987-ci ildən keçirilir. Son illərdə tədbirin 10 gün ərzində davam edir.