“Havayı toy oxumağa tövbə etdim” - Elnarə Abdullayeva
16 fevral 2024 11:51 (UTC +04:00)

“Havayı toy oxumağa tövbə etdim” - Elnarə Abdullayeva

Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu proqramlardan birində maraqlı açıqlama verib.
“Efirlərə çıxmağa tövbə etmişdim. 50 ildə görmədim ki, yaxşı oxuyana yaxşı ifaçısan desinlər. Mən televiziyalardan inciməmişəm, sadəcə iştirak etdiyim bir tədbirdə o qədər məni “dindən, dondan” çıxardılar ki, hər şeyə tövbə etdim”,- deyə o qeyd edib.

Lent.az-ın xəbərinə görə, o havayı toy oxumağa da tövbə etdiyini bildirib:

“Həmkarlarımı çıxmaq şərti ilə havayı toylara tövbə etmişəm. Qulağınızı açın, məni yaxşı eşidin. Mən səni məcbur etməmişəm ki, məni öz məclisinə çağırasan. Mən səndən pul alıram? Yox, pul verdiyinə hörmət qoyur, mənə yox. Belə çıxır ki, səndən pul almalıyam ki, onda yaxşı olum? Havayı toy olmayacaq. Mən bəzənib-düzənib çağırılan bütün toylara, məclislərə gedirdim. Bəzənmək adı gələndə isə elə bil, başıma qaynar su tökülür və orbitimdən çıxıram. Hər gün bəzənib çıxıram, nə ailəmdən, nə uşağımdan xəbərim yox, Mən hörmət qoyub gedirəmsə siz də mənə hörmət etməlisiniz”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6273
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar