"Harri Potter"in müəllifi Coan Roulinq “Tvitter” səhifəsində hücuma məruz qalaraq yaralanan yazıçı Salman Rüşdiyə dəstək yazdıqdan sonra ölümlə hədələnib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, polisə müraciət etdiyini bildirib.
Rüşdiyə hücumdan sonra Roulinq mikrobloqda yazıb: “Dəhşətli xəbərdir. Özümü çox pis hiss edirəm. Onun üçün hər şey yaxşı olsun”, -yazandan sonrabelə şərh alıb: “Narahat olmayın. Sən növbətisən."
Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, yazıçı “Şeytan ayələri” kitabının müəllifinin həyatına qəsddə şübhəli bilinən şəxsə rəğbət bəsləyən ekstremistdən hədələr alıb.
Avqustun 12-də Rüşdi Nyu-York ştatında çıxışından əvvəl institutun səhnəsində hücuma məruz qalıb. Polis sözçüsü Yudjin Stanişevski keçirdiyi brifinqdə yazıçının boyun və mədə nahiyəsindən ən azı iki bıçaq yarası aldığını bildirib.
Yazıçının agenti Rüşdinin süni nəfəs aparatında olduğunu, qaraciyərinin zədələndiyini, danışa bilməyəcəyini və çox güman ki, bir gözünü itirəcəyini qeyd edib.