Fosforlu Cevriyye kim olub? - Bir  fahişənin   real hekayəsi
29 may 2024 15:49 (UTC +04:00)

Fosforlu Cevriyye kim olub? - Bir fahişənin real hekayəsi

Lent.az maraqlı insanların həyatından “Ömrün bir anı” rubrikasında bu dəfə Türkiyə yazıçısı Nazim Hikmətin və ona aşiq olmuş bir fahişənin hekayəsindən bəhs edir.

Yəqin ki, baş rolunda Türkan Şorayın oynadığı “Fosforlu Cevriyye” filmini orta nəslin insanları yaxşı xatırlayırlar. Suat Dərvişin eyniadlı romanı əsasında çəkilən bu filmin baş qəhrəmanları olan Cevriyye və yazar əslində real insanlar olublar. Suat Derviş bu romanın hekayəsini Nazim Hikmətin həyatından götürüb.

Roman bir küçə qadının həyatından bəhs edir. Cevriyye fahişədir. O, hər gün bir və ya bir neçə kişi ilə birlikdə olmaqla dolanır. Bir gün müştərisi olan kişi tərəfindən çox pis döyülür və gecə yarısı küçəyə atılır.

Səkidə huşsuz vəziyyətdə uzanarkən, bir kişi onu qucağına alıb evinə aparır. Yaralı qadına qayğı göstərir.

Cevriyye çox kişi tanıyıb, amma heç bir kişi, hətta atası və qardaşları belə onunla bu qədər sevgi və mehribanlıqla davranmayıb. Günlər keçir və Cevriyye evində qaldığı, bütün günü kitab-dəftər içində itib-batan bu yaraşıqlı adama aşiq olur. Bir gün kişi tələsik əşyalarını yığıb getməli olduğunu deyir. 

Tək qalan Cevriyye dərin kədər içində İstanbul küçələrinə dönür. Bu dəfə o daha əvvəlki fahişə deyil, ürəyində eşq yarası olan qadındır.

Romanda Cevriyye həbs olunan yazıçıya görə həlak olur. Real həyatda isə Cevriyye yalnız ayrıldıqdan sonra sevdiyi kişinin Nazim Hikmət olduğunu bilib. Qəzetlər Nazim Hikməti Rusiyaya qaçmış vətən xaini kim təqdim elədikdən sonra.

O hadisədən sonra Cevriyyeni bir daha küçələrdə kimsə görmür, ölürmü, qalırmı, sonu bəlli olmur.

Tarixdə isə Nazim Hikmətin adı ilə yanaşı bir fahişənin yaşadığı ağrılı bir eşq hekayəsi də qalmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3861
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar