Filmdəki roluna görə  6 ay ORUC TUTDU
24 avqust 2022 13:36 (UTC +04:00)

Filmdəki roluna görə 6 ay ORUC TUTDU

Endryu Qarfild bir keşiş rolunu canlandırmaq üçün 6 ay oruc tutub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hörümçək adam rolu ilə tanınan ingilis aktyor Endryu Qarfild keşiş rolunu oynadığı “Silence” filmi üçün arıqlayıb.

Məşhur britaniyalı aktyor Endryu Qarfild "Silence" filmində çətinliklərini bölüşüb.

Rejissor Martin Skorsezin çəkdiyi filmdə xristianlığı təbliğ etmək üçün Yaponiyaya gedən katolik keşişini canlandıran aktyor bu prosesdə çox arıqlamaq məcburiyyətində qaldığını deyib.

“İnanılmaz bir mənəvi təcrübə yaşadım. Özüm üçün hər gün yeni rituallar yaratdım. Çox arıqlamalı olduğumuz üçün 6 ay oruc tutdum”, - deyən aktyor bu filmin onun üçün inanılmaz təcrübə olduğunu bildirib. 39 yaşlı aktyor bu proses zamanı ac qaldığını açıqlayıb. 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Oxşar yazılar