“Eurovision”un 2021-ci ildəki taleyi AÇIQLANDI
11 yanvar 2021 12:01 (UTC +04:00)

“Eurovision”un 2021-ci ildəki taleyi AÇIQLANDI


"Eurovision" beynəlxalq vokal müsabiqəsi, koronavirus pandemiyasına baxmayaraq 2021-ci ildə keçiriləcək.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, şərhçi, aktyor və komediyaçı Qrem Norton musiqi yarışmasının taleyindən danışıb.

Sənətçi, bu il fərqli ölkələrin musiqiçilərinin birinci yer uğrunda mübarizə aparacaqları ənənəvi yarışmanın adi formatda "mütləq baş tutacağına" əmin olduğunu deyib.

Eyni zamanda, müsabiqənin təşkilatçıları Hollandiyanın Rotterdam şəhərinə gələ bilməmələri və ya oraya çatdıqdan sonra karantində qalmaq məcburiyyətində qaldıqları təqdirdə, yarışmacıların çıxışlarının lentə alınmış qeydlərindən istifadə edilməsinə icazə veriblər. Yazılan nömrələr üçün ciddi qaydalar müəyyənləşdiriləcək.

Norton müsabiqənin "20 min tamaşaçı ilə stadionda baş tutacağına" şübhə etdiyini də bildirib.

2020-ci ilin sentyabrında “Eurovision”un təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim edərək, yarışın formatının dünyadakı epidemioloji vəziyyətdən asılı olacağını vurğulamışdılar. Yarışın tarixləri daha əvvəl açıqlanmışdı - finalının mayın 22-də keçirilməsi planlaşdırılır.

Rotterdamda baş tutmalı olan Eurovision 2020, koronavirus pandemiyası səbəbiylə ləğv edilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Oxşar yazılar