Əməkdar artist Rəhman Rəhmanov
01 may 2021 10:21 (UTC +04:00)

Əməkdar artist Rəhman Rəhmanov

“Əlim göydədir, dua edirəm ki, sağalsın” - Əməkdar artist

“Özümdə deyiləm, çox pis vəziyyətdəyəm”.

Lent.az.az xəbər verir ki, bunu doğum günü olan Əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor həyatında ən ağır doğum gününün bu ilə təsadüf etdiyini bildirib:

“Bu doğum günüm həmişəkindən tam fərqli oldu, xəstəlik baş alıb gedir, ölənlərin sayı günü-gündən artır, mənəvi sarsıntı içindəyik. İnanın ki, heç doğum günümün necə gəlib, necə keçdiyini bilmirəm. Açığı doğum günümü qeyd etməyə nə vaxtım var, nə həvəsim, çünki çox pis əhval-ruhiyyədəyəm, sevinə bilmirəm. Dostlarımı itirə-itirə gedirəm. Özümdə-sözümdə deyiləm, çox pis vəziyyətdəyəm. Baloğlanın qəfil itkisi məni yandırıb-yaxdı. Ən yaxın dostum olan Arif Quliyevin ağır vəziyyəti məni sarsıdır. Onu elə vəziyyətdə görmək çox acınacaqlıdır. Gecə-gündüz əlim göydədir, dua edirəm ki, əziz dostum sağalsın. Yenə də sağ olsunlar, sevənlərim çalışdılar ki, heç olmasa doğum günümün olduğunu mənə hiss etdirsinlər. Amma yenə də deyirəm, çox pisəm, çox”./yenicag.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3356

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37