Əlibaba Məmmədov dəfn olundu - FOTO
26 fevral 2022 13:48 (UTC +04:00)

Əlibaba Məmmədov dəfn olundu - FOTO

Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli bəstəkar, xanəndə Əlibaba Məmmədov bu gün Fəxri xiyabanda dəfn olunub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib.

Dəfn mərasimində mədəniyyət naziri Anar Kərimov, mərhumun ailə üzvləri, bir sıra hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.

“Biz bu gün muğam sənətimizin keşiyində duran, onu qoruyan, onu bəsləyən bir şəxsiyyəti, sənətkarı itirdik. Əlibaba müəllimin sənəti unudulmaz idi. Onun Azərbaycan mədəniyyətinə, muğamına verdiyi töhfəni xalqımız heç vaxt unutmayacaq”, - Xalq artisti Ramiz Quliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8051

Oxşar yazılar