Əfsanəvi müğənni vəfat etdi -  VİDEO
13 yanvar 2022 13:42 (UTC +04:00)

Əfsanəvi müğənni vəfat etdi - VİDEO

ABŞ-da “The Ronettes” qrupunun yaradıcısı, daha çox Ronni Spektor təxəllüsü ilə tanınan Veronika İvett Bennett vəfat edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun rəsmi saytında məlumat yayılıb. 

Spektor xərçənglə qısa bir mübarizədən sonra yanvarın 12-də vəfat edib. Əfsanəvi amerikalı rok ifaçısının 78 yaşı var idi. Digər təfərrüatlar açıqlanmır.

Veronika İvett Bennett 1943-cü il avqustun 10-da Nyu-Yorkda anadan olmuşdu. Şərqi Harlemdə böyüyüb və 1961-ci ildə iki bacısı ilə birlikdə “The Ronettes” adlı qızlar qrupunu yaradıb.

Qrup ifaçının sonradan evləndiyi prodüser Fil Spektor ilə müqavilə imzalayıb.

“The Ronettes” 1960-cı illərin bir sıra hitlərini buraxıb, onların arasında “Be My Baby və “Walking in the Rain” də var. 

“Rolling Stone” jurnalı Spektoru "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısına daxil edib və burada 69-cu olub. “Be My Baby” mahnısı rok-n-rollun Rock and şöhrət zalına daxil edilib.


 

# 1638
avatar

Oxşar yazılar