Dünyada elə yazıçılar olub ki, 100 illik yubileyindən sonra da ədəbi fəaliyyətini davam etdiriblər.
Lent.az-ın məlumatına görə, Elizabet və Sara Delani belə yaradıcı enerjiyə sahib bacılar olublar.
1994-cü ildə Delani bacılarının yazdıqları “Gündəlik Hikmət Kitabı” nəşr olunub. Həmin vaxt Elizabetin 103, Saranın isə 105 yaşı var idi. Sara Delani 1889-cu ilin sentyabrında, Elizabet Delani 1891-ci ilin sentyabrında anadan olmuşdu.
1997-ci ildə Sara Delani öz rekordunu yeniləyib.
1995-ci ilin sentyabrında Elizabetin vəfatından sonra Sara yaradıcılıq fəaliyyətini davam etdirib. 1997-ci ildə onun “107 yaşında tək başıma” adlı kitab nəşr olunub. Adından da göründüyü kimi, o zaman Sara Delaninin 107 yaşı var idi. Bu nailiyyət ictimai xadimə dünyanın ən yaşlı yazıçısı statusunu almağa imkan verdi. Bu rekordu heç kim yeniləməyib.
Sara Delani 1999-cu ilin əvvəlində 109 yaşında vəfat edib.