Tanınmış aktrisa Rose Leslie və aktyor Kit Harinqtonun ikinci övladı dünyaya gəlib.
Lent.az xəbər verir ki, ikili dünya şöhrətli “Game of thrones” serialında tanış olublar.
Bütün dünyada maraqla izlənilən "Game of Thrones" serialında "Ygritte" obrazını canlandıran Rouz Lesli və "Jon Snow"a həyat verən Kit Harinqton 2018-ci ildə ailə həyatı qurub.
2021-ci ildə bu evlilikdən bir oğlu dünyaya gələn cütlüyün ötən gün qız övladı olub.
Şəxsi həyatlarını kameralardan uzaq yaşayan ikili övladlarının adını da ictimaiyyətlə bölüşməyiblər.