Bu 6 film  stresinizi azaldacaq -  VİDEO
26 aprel 2025 12:51 (UTC +04:00)

Bu 6 film stresinizi azaldacaq - VİDEO

Stressdən yorulmusunuz? Gərginliyi azaltmaq və problemləri unutmaq üçün heç nə yaxşı bir komediya qədər kömək etmir.

Lent.az stresininizi azaldacaq, sizi rahatladacaq 6 film təqdim edir.

"Şayiələr gəzir"

Cennifer Anistonun canlandırdığı qəhrəman nişanlısı ilə münasibətləri və özü ilə bağlı şübhələr yaşayır. O, bacısının toyunda ailəsi haqqında inanılmaz bir sirri öyrəndikdən sonra daha da təşvişə düşür.

"Otto adlı kişi"

Sevgi, itki və həyat haqqında həm duyğusal, həm də gülməli bir hekayə. Arvadını itirən qoca Otto həyatında heç bir məqsəd görmür. Hər şeydən vaz keçmək istəyir, lakin qonşuluğa gənc bir ailənin köçməsi onun dünyaya baxışını tamamilə dəyişir.

"Sürətli qatar"

Bred Pittin peşəkar, lakin bəxtsiz bir muzdlu qatil rolunda olduğu film. O, növbəti tapşırığını yerinə yetirməyə çalışır. Lakin adi bir missiya sürətli qatarda digər qatillərlə qarşılaşandan sonra tam bir xaosa çevrilir.

"Hər şeyə Qadir Bryus"

Cim Kerrinin canlandırdığı qəhrəmanın həyatının Tanrı ilə görüşdən sonra tamamilə dəyişdiyi məşhur komediya filmi. O, fövqəladə güc əldə edir və tezliklə anlayır ki, Tanrı olmaq o qədər də asan deyil.

"Biz Millerlərik"

Sərhədi keçmək üçün saxta bir ailə qurmaq qərarına gələn bir qrup insan haqqında partlayıcı komediya. Devid qonşularından "ailə" düzəldir və qadağan olunmuş malları sərhəddən keçirməyə çalışır. Lakin onların "ailəvi" səfəri sürətlə gülməli bir macəraya çevrilir.

"İtirilmiş şəhər"

Cəngəllikdə baş verən epik bir macəra sizi dərdlərinizi unutduracaq. Bütün həyatını ekzotik yerlər haqqında romanlar yazmaqla keçirən yazıçı Loret Seyiç eksantrik bir milyarder tərəfindən qaçırılır. O, düşünür ki, yazıçı onu itirilmiş şəhərin xəzinələrinə apara bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar