Mehriban Məmmədova və heyvanları
11 avqust 2021 19:52 (UTC +04:00)

Mehriban Məmmədova və heyvanları

Azərbaycanlı pianoçu küçələrə atılan 200 heyvana sahib çıxdı - FOTO

Türkiyənin Mərsin şəhərində yaşayan 56 yaşlı azərbaycanlı pianoçu Mehriban Məmmədova, 200-ə yaxın küçə heyvanlarına sahib çıxıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mehriban xanım evinin ətrafında 30 hektar sahədə itlər və pişiklər üçün yuvalar qurub. Burada onların müalicəsini etdirir, ehtiyaclarını ödəyir. Daha sonra isə onları sahibləndirir.

Bundan başqa, Mehriban Məmmədova özəl piano dərslərindən əldə etdiyi qazancı heyvanları müdafiə təşkilatlarına bağışlayır.

Qeyd edək ki, Mehriban Məmmədova Azərbaycandan Türkiyəyə 2000-ci ildə köçüb. O, Mezitli rayonun Çankaya bölgəsinə yerləşib. 16 il burada yaşayan pianoçu, qonşularının heyvanlardan narahat olması səbəbi ilə 2016-cı ildə evini dəyişib. Mehriban xanım indiki evində balaca dostları ilə daha xoşbəxt olduğunu bildirib.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6082

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15