Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub:
"Elementar bir şeyi deyim, Azərbaycan himni İngiltərədə yazılıb. O üç dəqiqəlik səsyazmaya görə, Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik".