Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.
Lent.az-ın məlumatına görə, 10 ölkə təmsilçisinin ifası finala vəsiqə qazanıb.
İkinci yarımfinalda ümumilikdə 17 ölkə arasından Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın təmsilçiləri ifaları ilə seçilərək finala adlayıblar.
Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.
Qeyd edək ki, ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalında “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edəcək. Mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Birinci yarımfinal mayın 18-də təşkil olunub və Samira Efendinin ifası finala vəsiqə qazanıb.
Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.