Ancelina Coli doğma və ögey övladları arasında fərq qoyur?
02 fevral 2023 12:37 (UTC +04:00)

Ancelina Coli doğma və ögey övladları arasında fərq qoyur?

Kino dünyasının ən parlaq ulduzlarından biri gözəlliyi ilə dillərə dastan olan Ancelina Coli 6 uşaq anasıdır. Bu uşaqlardan üçü onun öz doğma balası, üçü isə dünyanın müxtəlif ölkələrindən götürdüyü övladlıqlardır. Uşaqlarının atası dünya şöhrətli aktyor Bred Pittdir.  

Bu ailə ilə maraqlanan hər kəsi bir sual həmişə düşündürüb. Ancelina bütün övladlarına eyni münasibət bəsləyirmi, doğma övladlarını digərlərindən ayırırmı? Ulduz ana bu sualları cavablandırıb. 

Lent.az xarici mediaya istinadən Ancelina Colinin övladlar ilə bağlı verdiyi açıqlamanı təqdim edir.
Aktrisa qeyd edib ki, boşanma ərəfəsində olarkən uşaqların hamiliyini almaq uğrunda keçmiş əri ilə xeyli gərginlik yaşayıb.

O, övladlığa götürdüyü uşaqları ilə daha çox zaman keçirməyə çalışdığını söyləyib. 

“Çünki onlar çox böyük çətinliklərdən keçiblər, dəfələrlə ölümlə üz-üzə qalıblar. Mən bu uşaqlara yaşadıqları acı keçmişi unutdurmağa çalışıram. Öz uşaqlarımı təbii ki, sevirəm. Lakin onların yer üzünün digər uşaqlarından bəxtləri daha çox gətirib. İki məşhur insanın, zəngin ailənin övladları olaraq doğulublar. Övladlıqlarımla münasibətdə daha diqqətli, daha incə yanaşma tətbiq edirəm”,- deyə aktrisa bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2407

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21