ABŞ-ınin keçmiş prezidenti Barak Obamanın qızı Malia Obama prestijli "Sundance" film festivalında ilk işini təqdim edib.
Lent.az xəbər verir ki, 25 yaşlı Obama “Ürək” adlı qısametrajlı filmininin rejissoru və ssenari müəllifi olub.
Film haqqında danışan Obama, "Film itirilmiş əşyalar, tənha insanlar, bağışlanma və peşmanlıqdan bəhs edir" dedi.
Obama 2022-ci ildə Harvard Universitetini bitirib.
Digər tərəfdən, Obamaların "Higher Ground Productions" adlı film şirkəti var.