Məşhur ukraynalı müğənni İrinaBilık həyat yoldaşı, fotoqraf Aslan Əhmədovdan danışıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, İrina bildirib ki, əri olduqca qısqancdır.
“Mənim ərim azərbaycanlıdır. Bütün azərbaycanlılara xas olan əlamətdir; mənim yanımda yaraşıqlı kişi peyda olan kimi dərhal qısqanır. Onlar mənim musiqiçi dostlarımdır, kimisi görüşəndə yanağımdan öpür, biri hədiyyə bağışlayır. Mən onlara deyirəm ki, mümkünsə bunu etməyin, sonradan evimdə qalmaqal yaşanır”.
Aslan isə İrinanın dedikləri ilə razılaşmayıb. “Hə o, böyük müğənnidir. Ona qiymətli hədiyyələr, brilyantlar bağışlayırlar. Amma mən qısqanc deyiləm. İrinaya da, özümə də inanıram”.
Qeyd edək ki, İrina Bilıkın 50 yaşı var. 7 ildir ki, Aslanla nikahdadır. 2015-ci ildə onların Təbriz adlı oğlanları anadan olub. İrinanın ilk nikahından isə 20 yaşında olan Qleb adlı oğlu var.