Beynəlxalq Muğam Mərkəzində növbəti konsert təqdim olundu
27 aprel 2020 13:57 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində növbəti konsert təqdim olundu

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində (BMM) növbəti canlı konsert proqramı təqdim edilib.

Lent.az xəbər verir ki, proqramın budəfəki qonaqları Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Aybəniz Haşımova olub.

Nurəddin Mehdixanlı karantin günlərində xalqımızın birliyindən, Prezident İlham Əliyevin vaxtında verdiyi düzgün qərarların müsbət nəticələrindən danışıb, həmçinin çalışdığı Akademik Milli Dram Teatrda hazırlanan yeni tamaşalarda rolları haqqında məlumat verib.

Keçdiyi sənət yolundan, sosial izolyasiya günlərindəki fəaliyyətindən söhbət açan Aybəniz Haşımova vaxtilə çalışdığı "Dan ulduzu" instrumental ansamblı ilə bağlı xatirələrini bölüşüb.

Proqramın hər iki qonağı yaradılan şəraitə görə layihənin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təşkil olunan proqramlar həftənin üç günü "Mədəniyyət" kanalı ilə canlı olaraq yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2429
avatar

Oxşar yazılar