1966-cı ilin yayının mahnısı  - 60 ildir ən yaxşılardan  biridir -  VİDEO
11 iyul 2026 09:52 (UTC +04:00)

1966-cı ilin yayının mahnısı - 60 ildir ən yaxşılardan biridir - VİDEO

0

Amerikanın The Lovin' Spoonful rok qrupunun ifa etdiyi "Summer in the City" mahnısı musiqi tarixinin ən məşhur yay hitlərindən biri hesab olunur. İlk dəfə 1966-cı ildə işıq üzü görən mahnı təxminən, 60 il keçməsinə baxmayaraq, dinləyicilər arasında populyarlığını qoruyub saxlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mahnı yayımlandığı dövrdə ardıcıl üç həftə ərzində "Billboard Hot 100 hit"-də liderlik edib və bu gün də klassik yay mahnıları siyahısında xüsusi yer tutur.

Musiqi tənqidçiləri bildirirlər ki, The Lovin' Spoonful bu mahnı ilə dinləyiciyə sanki 1966-cı ilin isti yay atmosferini hiss etdirməyi bacarıb. Mahnının müəllifi Con Sebastian və qrupun bas gitaristi Stiv Bun əsəri digərlərindən fərqləndirmək üçün şəhərin avtomobil siqnallarını və digər küçə səslərini musiqinin bir hissəsinə çeviriblər. Bu yanaşma mahnıya özünəməxsus ab-hava qazandırıb.

Con Sebastian 2014-cü ildə verdiyi açıqlamada bildirib:

"Mahnını daha da fərqli etmək üçün giriş hissəsində maraqlı bir fikir tapmalı idim. Pianino partiyası da məhz belə yarandı". 

"Summer in the City" illər ərzində bir çox məşhur filmdə istifadə olunub. Mahnını "Die Hard with a Vengeance", "12 Monkeys" və digər ekran əsərlərində eşitmək mümkündür.

Bu gün də dünyanın müxtəlif ölkələrindən olan ifaçılar "Summer in the City" mahnısına yeni versiyalar hazırlayırlar. Bəstə təkcə uğurlu bir yay hiti deyil, həm də rok musiqisinin zamana meydan oxuyan klassiklərindən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar