12 yaşlı prezident təqaüdçüsü beynəlxalq festivala gedir
Prezident təqaüdçüsü Nəriman Əmiraslanov 16-23 avqustda Avstriyanın Vyana şəhərində keçiriləcək XII Beynəlxalq Fortepiano Müsabiqəsində, habelə müsabiqə çərçivəsində təşkil olunacaq ustad siniflərində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 12 yaşlı N.Əmiraslanov 2011-2012-ci illərdə bir sıra beynəlxalq tədbirlərdə müvəffəqiyyətlə iştirak edib.
O, 2011-ci ildə Estoniyanın Rakvere şəhərində keçirilən İ.S.Bax adına Gənc Pianoçuların Beynəlxalq Müsabiqəsində I dərəcəli Diploma, İsveçin Stokholm şəhərində keçirilmiş II Beynəlxalq "Rondo" Festival-Müsabiqəsində II dərəcəli Diploma layiq görülüb. N.Əmiraslanov 2011-ci il 22-24 noyabr tarixində Moskva şəhərində Rusiya Federasiyasının birinci xanımı Svetlana Medvedyevanın himayəsi ilə keçirilən “Vosxodəhie zvezdı v Kremle” adlı Klassik Musiqi üzrə Gənc İfaçıların III Beynəlxalq Festivalında uğurla iştirak edib.
2012-ci ilin aprel-may aylarında gənc pianoçu XII Beynəlxalq Fortepiano Müsabiqəsində, "We play together" adlı müsabiqədə (Fransa, Paris) və XXII "Çitta di Barletta" Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində (İtaliya, Barletta) və Beynəlxalq Fortepiano Müsabiqəsində (İsveç, Stokholm) II mükafata, Pianoçuların VII Beynəlxalq "Motsart" Müsabiqəsində Diploma (İtaliya, Roma) layiq görülüb.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəriman Əmiraslanovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb .
Jalə

Oxşar yazılar

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10