Teatrlar mövsümü başa vurublar
Azərbaycanda fəaliyyət göstərən teatrlar mövsümü başa vurublar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Opera və Balet Teatrı mövsümə hələ ötən ayın 27-də yekun vurub.
Teatrın səhnəsində oynanılan son əsər P.Maskaninin "Kənd namusu" operası olub. Teatrın simfonik orkestri avqust ayının 8-dən 13-dək Almaniyada keçiriləcək "Opera sənəti" festivalında iştirak etmək üçün qastrol səfərinə hazırlaşır.
Akademik Milli Dram Teatrı mövsümə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında Mərahim Fərzəlibəyovun quruluş verdiyi "Qarabağnamə" tamaşası ilə yekun vurub. Teatrın mətbuat xidmətinin məlumatına əsasən, yaradıcı heyət yeni mövsümə də bu əsərlə başlayacaq.
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə başa vuraraq istirahətə yollanıb. Teatr yeni mövsümü də eyni əsərlə açmağı planlaşdırır.
Dövlət Yuğ Teatrı mövsümü argentinalı yazıçı Xorxe Luis Borxesin "Tabu" əsəri ilə yekunlaşdırıb. Tamaşanın rejissoru Ruslan Şöhrətoğludur.
Bakı Uşaq Teatrı da mövsümü 1 saylı Cəzaçəkmə Müəssisəsində "Qeyri-adi məhkəmə" adlı tamaşa ilə bağlayıb. Kollektiv bu tamaşanı avqustun 27-də Masallıda, sonra isə Gəncə və Lənkəranda nümayiş etdirməyi nəzərdə tutur.
Musiqili Komediya Teatrı isə mövsümü iyunun sonunda M.F.Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" əsəri əsasında hazırlanmış "Kimyagər" tamaşası ilə yekunlaşdırmışdır.
Mövsüm boyu bir-birindən maraqlı tamaşalar təqdim edən teatrlarımız təxminən iki aylıq istirahətdən sonra yenidən qapılarını teatrsevərlərin üzünə açacaq.
Jalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11