İlhamə Quliyeva: “Bəzi müğənnilərimiz ilan kimi fısıldayır”
“Fonoqrama qadağa qoyulması təşəbbüsünü dəstəkləyirəm”. Bunu Lent.az-a açıqlamasında xalq artisti İlhamə Quliyeva fonoqramdan yersiz istifadə edən müğənnilərə etiraz edərkən deyib.
Onun sözlərinə görə, fonoqramla oxumağa qadağa qoyularsa, səssiz müğənnilər bəlli olacaq: “Belə bir təşəbbüsü dəstəkləyirəm. Bu, çoxdan olmalıdır. Hələ gecikib də. Yerli-yersiz fonoqramdan istifadə etmək tamaşaçıya qarşı hörmətsizlikdir. Onsuzda bizdə səsli müğənni yoxdur. Hamısı cihazların köməyi ilə efirlərə çıxır. Müğənnilərdən yalnız Aygün Bəylərin adını çəkə bilərəm ki, o, həqiqətən öz səsinə güvənərək, ifalarını təqdim edir”.
İlhamə Quliyeva deyir ki, müğənnilərin fonoqram oxuması böyük sənətkarların ruhuna hörmətsizlikdir: “Rəhmətlik anam Tükəzban xanımın zamanında heç mikrofon da yox idi. Mən uşaq olanda izləyirdim. İndiki səsi olmayan, xaric oxuyan və səviyyəsiz davranışları ilə seçilənlər o sənətkarlara böyük hörmətsizlik etmiş olurlar. Bu, mənim yaralı yerimdir. Müğənnilərimizin ipi o qədər boşalıb ki, onları yığıb yığışdırmaq olmur. Mən özüm texniki səbəblərdən fonoqramdan istifadə etmişəm. Ancaq mikrofonsuz oxuduğum vaxtlar çox olub və mən bundan zövq alıram. İnsanların təmiz səslərə ehtiyacı var. Fonoqramlar tamaşaçıların qulağını, beynini incidir. Amma bizim müğənnilərin tək oxumaqda yox, elə danışığında da problemləri var. Eləsi var ki, ilan kimi fısıldayırlar, ya da elə bil uşaq bağçasından gəlib”.
Xalq artisti müğənniləri meydana səsləyib: “Təklif edirəm ki, bir meydan təşkil olunsun. Müğənnilər mikrofonsuz öz məharətlərini göstərsinlər. Amma əmin olun ki, onlar ya qaçıb gizlənəcəklər, ya da deyəcəklər xəstəyik. Fonoqram bizim müğənnilərin ayıbını örtür”.
Jalə

823