“Xəzərdən Dunaya” Belqradda
Oktyabrın 6-da Serbiyanın paytaxtı Belqrad şəhərində “Ruskiy dom” adlanan böyük mərkəzdə “Xəzərdən Dunaya” filminin ilk baxışı keçiriləcək.
Kinostudiyadan Lent.az-a verilən məlumata görə, mərasimdə diplomatik nümayəndələr, Serbiyanın, Rusiyanın ictimai-siyasi şəxsləri, mədəniyyət, kino xadimləri iştirak edəcək. Təbirin təşkilatçısı Azərbaycanın Serbiyadakı səfirliyidir.
“Salnamə” kinostudiyasının Türkiyənin “Vizyon” şirkəti ilə birlikdə istehsal etdiyi “Xəzərdən Dunaya” sənədli film Böyük Vətən Müharibəsi illərində 223-cü Azərbaycan Milli diviziyasının keçdiyi döyüş yoluna həsr olunub.
Filmin ssenari müəllifi Toğrul Vəli, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmovdur. Filmdə orijinal sənədlərdən, foto və kino materiallarından, unikal kadrlardan istifadə olunub. Çəkilişlər isə Azərbaycanla yanaşı, Rusiya, Rumıniya, Ukrayna və Serbiyada aparılıb.
Xəyalə Muradlı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06