Məşhur rejissorun anım mərasimi keçirildi
15 sentyabr 2011 17:22 (UTC +04:00)

Məşhur rejissorun anım mərasimi keçirildi

Lent.az-ın məlumatına görə, mərhum rejissorun vəfat etməsinin il dönümünə həsr edilmiş mərasimdə Perlovanın öz şeirlərindən ibarət “Будем, прощаясь, как август щедры” kitabının təqdimatı da olub. Tədbir əməkdar artist Şövqi Hüseynovun aparıcılığı ilə keçirilib. Ş.Hüseynov İrina Perlovanın həyat və yaradıcılığına nəzər salaraq onun Kamera və Gənc Tamaşaçılar Teatrındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb.


Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxışında sənətdə olan insanların adi insanlardan fərqləndiklərini, bu fərqin həmin sənətkarların dünyalarını dəyişdikdən sonra daha da qabarıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib.


Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova insanın adının onun dediyi sözlər, yazdığı kitablarla əbədiləşdiyini, gələcək nəsillər tərəfindən hər zaman anılaraq yad edildiyini vurğulayıb.


Daha sonra İ.Perlovaya həsr edilən “Sonuncu məkan” verilişi nümayiş etdirilib.
Sonda mərhum rejissorun qızı tədbiri təşkil edən hər kəsə dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, 1991-ci ildə Bakı Kamera Teatrı fəaliyyətə başlayanda rejissor kimi dünya klassikasından iyirmi tamaşaya quruluş verən İ.Perlova Moskvada, Rusiyada və İranda keçirilən Beynəlxalq Teatr Festivallarında diplomlara və qızıl medallara layiq görülüb. Azərbaycan Milli teatr sənəti sahəsindəki xidmətlərinə görə İ.A.Perlova 1981-ci ildə əməkdar artist, 2002-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildən isə prezident təqaüdçüsü idi.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar