“Cavad xan” Varşavada göstəriləcək
14 sentyabr 2011 12:02 (UTC +04:00)

“Cavad xan” Varşavada göstəriləcək

Mədəniyyət və Turizm Nazirliyi və “Ulusfilm” Prodüser Mərkəzinin təşkilatçılığı ilə “Cavad xan” filmi Polşanın paytaxtı Varşavanın mərkəzi kinoteatrında göstəriləcək.


“Ulusfilm” prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, bununla bağlı razılıq əldə olunub və artıq film polyak dilinə tərcümə edilib. Nümayişlə əlaqədar olaraq filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, filmin əsas rollarından birinin ifaçısı xalq artisti Amaliya Pənahova Polşaya gedəcək. Səfər sentyabrın 16-dan 20-dək davam edəcək.


Mədəniyyət tədbiri çərçivəsində təşkil olunan ziyafətdə Azərbaycan mətbəxindən nümunələr təqdim olunacaq, iki ölkənin prodüser mərkəzləri arasında qarşılıqlı görüşlər keçiriləcək.
Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Cavad xan” filmi bundan əvvəl Rusiya və Macarıstanın mərkəzi kinoteatrında göstərilib.
# 1292

Oxşar yazılar