Mədəniyyət və turizm naziri Elxan Poluxovu qəbul edib
Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, görüş zamanı mədəniyyət və turizm sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün qarşılıqlı və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Çində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib. Çinin Tövsiyə Edilən Turizm Ölkələri Statusu (TETÖS) alan ölkələrin siyahısına daxil edilməsi üçün saziş imzalanması, Çində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması və 2012-ci ilin payızında Azərbaycanda Çin mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub. Daha sonra Azərbaycan ilə Çin arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Ə.Qarayev həmçinin Azərbaycanın Cənubi Afrika Respublikasına təyin olunmuş səfiri Elxan Poluxovu da qəbul edib. Ə.Qarayev CAR ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xəyalə

818