Yaşar Nuri 60 yaşında: “Özümü yaxşı hiss edirəm”
Yaşar Nuri Lent.az-a açıqlamasında özünü yaxşı hiss etdiyini və yubileyə görə gözəl hisslər keçirdiyini deyib. O, 60 yaşını bu gün evdə ailəsi, yaxınları ilə birlikdə qeyd edəcəyini bildirib: “60 yaşda da adam özünü yaxşı hiss edir. Təbii ki, 60 il az vaxt deyil. Məncə, bu müddət ərzində xeyli işlər görə bilmişəm. O ki qaldı doğum günümü necə keçirəcəyimə, bu gün ailəmlə birlikdə evdə qeyd edəcəyik. Mənim üçün ən böyük hədiyyə də elə budur”.
Aktyor doğum günündə çoxlu sayda təbriklər və hədiyyələr aldığını bildirib. Onun sözlərinə görə, ən gözəl hədiyyələrdən biri “Şöhrət” ordeninə layiq görülməsi olub: “Sözün düzü, belə bir şeyi gözləyirdim və ümid edirdim. Xəbəri eşidəndə isə çox sevindim. Bu ordenə layiq görülməyim mənim üçün fəxrdir. Gərək “Şöhrət” ordenini şöhrətli insanlar alsın”.
Y. Nuri onu da vurğulayıb ki, oktyabrın 15-də Akademik Milli Dram Teatrında dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirində o özü də səhnəyə çıxacaq. Amma aktyor, ya aparıcı kimi - bu, hələ məlum deyil.
Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. O vaxtdan Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Bu teatrda işlədiyi gündən indiyədək repertuarda olan bir çox tamaşalarda iştirak edib.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan “Yollar Görüşəndə...”, “Ömrün yolları”, “Qatarda”, “Evləri Köndələn yar”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Göz Həkimi”, “Ac həriflər” televiziya tamaşalarının adlarını çəkmək olar.
Yaşar Nuri 1981-ci ildə 30 illik yubileyində ilk fəxri adını-əməkdar artist adını alıb. 1991-ci ildə 40 illik yubileyində ona “Yaramaz” filmindəki roluna görə Dövlət Mükafatı verilib. 1996-cı ildə 45 illiyinə həsr olunmuş “Səhnəmizin Yaşarı”, 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar “Yaşar olduğu kimi” sənədli filmləri çəkilib. 60 illik yubileyi ərəfəsində isə prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Xəyalə Muradlı

1616