IV “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsi başa çatdı
Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı, Dövlət Gömrük Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə düzənlənən “Molla Nəsrəddin” – Azərbaycan” IV Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub.
Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin Lent.az-a verdiyi məlumata görə, “Narkotikə yox!” başlığı altında keçirilən builki müsabiqə “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr olunub. Müsabiqəyə 63 ölkədən 307 rəssam, 670 karikatura ilə qatılıb. İştirakçıların işlərini beynəlxalq tərkibli münsiflər heyəti dəyərləndirib. Münsiflər heyətinin qərarına görə, müsabiqənin qızıl medalına A.Gatto (İtaliya), gümüş medala V.Kazanevski (Ukrayna), bürünc medala M.Valiaxmetov (İspaniya) layiq görülüb. Müsabiqənin xüsusi mükafatını isə B.Erenburq (İsrail), S.Aşmarin (Rusiya) və azərbaycanlı karikaturaçı Tural Həsənli qazanıb: “Oktyabr ayında Bakıda mükafatların təqdimat mərasimi və sərgi keçiriləcək. Tədbirə qaliblər və müxtəlif ölkələrdən tanınmış karikatura ustaları, beynəlxalq karikatura təşkilatlarının rəhbərləri dəvət olunub. Respublikamızda ilk dəfə təşkil olunan bu tədbirdə Beynəlxalq Karikaturalar Federasiyasının prezidenti cənab Piter Nyuvandeyk də iştirak edəcək. Bundan başqa
müsabiqəyə göndərilən ən yaxşı karikaturalardan ibarət kataloq hazırlanır və ilin axırına qədər karikatura sevərlərə təqdim olunacaq”.
B. Hacızadə bildirib ki, IV “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsi səsvermənin şəffaflığı və yüksək təşkilatçılıq işinə görə FEKO tərəfindən 5 ulduzla qiymətləndirilib. Bu, dünyada keçirilən karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06