Xanəndələrimiz xeyriyyə konserti verəcək
18 avqust 2011 15:18 (UTC +04:00)

Xanəndələrimiz xeyriyyə konserti verəcək

Konsertdə tanınmış xanəndələrimiz xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Aygün Bayramova, əməkdar artist Zabit Nəbizadə iştirak edəcək.

Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, konsertin birinci hissəsində səhnəyə gənc ifaçılardan Təyyar Bayramov, Arzu Əliyeva, İlkin Əhmədov, Mirpaşa Şükürov və Cəlal Əliyev çıxacaq.

İkinci hissə isə xanəndələrimizin ifasından ibarət olacaq. Həm gənc ifaçıları, həm də xanəndələri əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcək.

Toplanacaq vəsaitin uşaq evlərinin hesabına köçürüləcəyi bildirilir.

Xəyalə
# 510

Oxşar yazılar