“Sahə” filmi Sinqapur Beynəlxalq Kino Festivalında
27 iyul 2011 13:10 (UTC +04:00)

“Sahə” filmi Sinqapur Beynəlxalq Kino Festivalında

Kinostudiyadan Lent.az-a verilən məlumata görə, festival sentyabrın 15-dən 25-ə qədər Sinqapurdakı Shaw Lido kinoteatrlarında keçiriləcək. SİFF Sinqapurda ən böyük və qocaman kinofestivaldır. 1987-ci ildə əsası qoyulan Festival novator Asiya filmlərinə diqqət yetirir və yerli kino industriyanın inkişafına kömək etməyə çalışır. SİFF proqramının dinamikliyi ilə məşhurdur və regionun mədəni həyatında mühüm kino hadisəyə çevrilib.




Hər il SİFF üçün 200-300 bədii tam və qısametrajlı filmlər seçilir. Həmçinin, festivalda Silver Screen Awards adlanan mükafat da vardır ki, bu mükafat 2 kateqoriyadan olan Asiya filmlərinə təqdim olunur: Asian Feature Film Competition və Singapore Short Film Competition. 10 gün ərzində keçirilən bu festival öz filmlərini bütün dünya kinosevərlərindən ibarət olan geniş auditoriyaya nümayiş etdirmək istəyən kinematoqrafçılar üçün gözəl və əvəzolunmaz imkan yaradır.

Xəyalə
# 518

Oxşar yazılar