11 yaşlı Yasin: “Ən böyük arzum “Junior Eurovision”da Azərbaycan bayrağını dalğalandırmaqdır” – FOTO
Lent.az-ın məlumatına görə, konfransda 9 ildir, keçirilən bu festivala Azərbaycanın ilk dəfə qatıldığı bildirilib. Qeyd olunub ki, Yasin Həsənov müsabiqəyə ailəsinin şəxsi vəsaiti hesabına qatılıb. Konfransda iştirak edən Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin direktoru Gülnarə Səfərova şagirdi haqqında yüksək fikirlər söyləyib. G.Səfərovanın sözlərinə görə, Yasin indiyədək bir neçə beynəlxalq müsabiqəyə qatılıb, mükafatlar qazanıb.
AzTV-nin festivala ezam olunmuş xüsusi müxbiri Zakir Musayev qeyd edib ki, müsabiqəyə 23 ölkədən ifaçılar qatılıb. Ukrayna, Rusiya və Belorus əsas iştirakçı olduğundan hər üç ölkə 2 iştirakçı ilə təmsil olunub: “Müsabiqənin münsiflər heyəti də etiraf etdi ki, Yasin əslində birinciliyə layiq idi. Lakin “Qran-pri”yə 5 min dollar mükafat verildiyinə görə, münsiflər bu mükafatı Rumıniya təmsilçisinə təqdim etmək qərarına gəldi. Bunu da belə əsaslandırdılar ki, Rumıniya Azərbaycandan kasıb ölkədir. Amma buna baxmayaraq, Yasinin ifası hamı tərəfindən çox bəyənildi və yüksək qiymətləndirildi”.
Yasin Həsənov çıxışına jurnalistləri Mətbuat Günü münasibətilə təbrik etməklə başlayıb. O, üzərində əməyi olan müəllimlərinə, valideynlərinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. Ən böyük arzusunun isə “Junior Eurovision”da iştirak etmək olduğunu deyib: “Ən böyük arzum həmin müsabiqədə Azərbaycan bayrağını dalğalandırmaqdır”.
Onu da qeyd edək ki, bu müsabiqə zamanı 11 yaşlı Yasinə Almaniya, İtaliya və Fransadan da dəvətlər gəlib.
Xəyalə Muradlı

1211