Gülüstan Əliyeva: “Onların acığına “Sarı gəlin”i oxuyurduq”
Festivalda Azərbaycanı Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva, aşıq Sevil Xıdırova və şair Elçin İsgəndər təmsil edib. Festivalda Gülüstan Əliyevaya BMT-nin təsis etdiyi “İncəsənətdə xidmətinə görə” nominasiyasında qızıl medal təqdim olunub. Bununla əlaqədar olaraq əməkdar artist aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələri ilə görüş keçirib.
Lent.az-ın məlumatına görə, sənətçi bu festivala dünyanın 20-dən çox ölkəsindən sənətçilər qatılıb. Ancaq Azərbaycan bu festivalın fəxri qonağı olub. Azərbaycan sənətçiləri 6 gün ərzində Varşava və ona yaxın şəhərlərdə konsert proqramı ilə çıxış ediblər: “Bütün konsertləri “Azərbaycan” mahnısı ilə başlamışıq. Çıxışlarımız çox böyük maraqla qarşılandı. Orada Rusiyadan erməni əsilli sənətçi Tatyana Danilians da iştirak edirdi. Amma elə bir problem olmadı. Onların acığına “Sarı gəlin” mahnımızı oxuyurduq. Onu da qeyd edim ki, festivalda Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə iştirak etdik. Hətta festivalın sonuncu günü səfir Həsən Həsənovun iştirakı ilə konfransda təşkil edilmişdi”.
Festivalın ən yüksək mükafatı olan “Kəhrəba” ödülünə layiq görülən Elçin İsgəndər də öz təəssüratlarını bölüşüb. O bildirib ki, festival çərçivəsində “Mənim taleyimin ulduzu” kitabının Aleksandr Nabrodski tərəfindən polyak dilinə tərcümə olunmuş versiyasının da təqdimatı keçirilib. Şair əcnəbi tamaşaçıların saza olan heyrətini xüsusilə vurğulayıb: “Sazın səsinə valeh olmuşdular. Həm də heyrət içində qalmışdılar. Konsertdən sonra əllərilə toxunub sazın necə bir alət olduğunu yoxlayırdılar. Onlara təəccüblü gəlirdi ki, bir alət bir orkestrin səsini necə çıxara bilər”.
Sonda Gülüstan Əliyeva festival zamanı Polşadan və London poeziya qrupundan yeni təkliflər aldıqlarını da söyləyib.
Xəyalə Muradlı

1638