Naxçıvan Kukla Teatrında “Çay dəstgahı”nın təqdimatı olub
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı C. Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik əsərini tamaşaya hazırlayıb. Teatrın bədii-rəhbəri, Xalq artisti Yasəmən Ramazanovanın Lent.az-a verdiyi məlumata görə, teatr bununla həm də marionetka ( kuklaların iplə idarə olunması) üsulu ilə hazırlanan ilk tamaşasının təqdimatını keçirib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının (MR) əməkdar incəsənət xadimi Rəfael Qədimov, bəstəkarı Naxçıvan MR-in əməkdar incəsənət xadimi Yaşar Xəlilovdur.
Tamaşa ölkə başçısının “Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında” 6 fevral 2009-cu il tarixli sərəncamının muxtar respublikada icrasını təmin etmək məqsədilə yubileyə həsr olunmuş tədbirlər planına əsasən hazırlanıb.
Səhnə əsəri yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək. Sözügedən tamaşa ilə 2010-cu ilin aprel ayında Tacikistanda keçiriləcək beynəlxalq kukla teatrları festivalında Azərbaycanın təmsil olunması gözlənilir.
Fariz YUNİSLİ

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15