Fərqanə Qasımova: “Bu dünyada xoşbəxtlik anlamı yoxdur” – HƏYAT HEKAYƏSİ
Seçkin ifasıyla auditoriyaları fəth edən müğənni İlahidən onu özüylə baş-başa buraxmamağı arzulayır
Fərqanə Alim qızı Qasımova muğam və musiqi dünyamızın xanım sənətkarlarına bir çox parametrlərinə görə görk olası nümayəndələrdəndir. Növbəti layihənin ilk qonağı olmaq şansını da buna görə tanıdıq. Ata-balanın birgə olduğu şöhrətin zirvəsində istəsək də, dolayısıyla əldə edə bilməyəcəyimiz bir çox nüansları Fərqanə xanım özü birbaşa, ürəklə, ürəkdən və səmimi şəkildə bölüşdü.
“Məni boğmaq üçün balışı ağzıma qoyublar”
1979-cu ildə Alim Qasımovun ailəsində dünyaya gəlmişəm. O vaxtı Alim müəllim çox kasıb yaşayırdı. Bu kasıbçılıq da onu hər işə əl atmağa məcbur edib – sürücülüyə də, elektrikliyə də. Lakin sonralar qohum-əqrəbanın təsiri, israrı, təkidi və həm də dəstəyilə Asəf Zeynallıya daxil olur, evdən də tar-qaval səsi əskik olmur. Şeiriyyata-qəzəliyyata, musiqiyə həvəs də mənə uşaqlıqdan qida kimi verilib. Ona qədər isə… səkkiz aylığınacan çox ağlağan olmuşam – hətta evdəkilər mənə ölüm arzulayıblar, balışı ağzıma qoyublar ki, kiriyim. Ancaq… yox! Yalnız Alim müəllim tarı dınqıldadan kimi səsimi kəsmişəm, yuxu məni aparıb.
Üç-dörd yaşım olanda atam mənə bir şeir öyrədir – kağıza yazıb anama verir ki, mən qayıdanacan öyrət Fərqanəyə. Mən də yaxşı öyrənirəm o şeiri. Beləliklə, atam məndəki qabiliyyəti görüb, başlayır mənə şeirləri öyrətməyə. Eyni zamanda, uşaq vaxtımda, hardasa altı-yeddi yaşım olanda, dəf çalmağı da öyrədib. Mənim içimdə dəf çalmağa hədsiz həvəs vardı. Əllərim “mazol” olmuşdu. Günə üç-dörd qəzəl öyrənirdim. Böyüyə-böyüyə, doqquz yaşımda atamın solo konsertində “Arazbarı” oxudum. İlk dəfə qızlar üçün üçlüyü yaradan mənim atam oldu. Orada şeir də demişəm, müvəffəqiyyətli alındı. Onu da deyim ki, həmin konsertə xəstə-xəstə çıxmışdım.
“Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır”
Sonralar aktyorlar evində çıxış elədim. Şeirlər, qəzəllər söyləmişəm. İndi də o qəzələ qulaq asanda adamı ağlamaq tutur. Doğrusu, indi fikirləşirəm ki, istəyərəkdənmi, istəməyərəkdənmi, musiqi mənim ömrümə qida kimi daxil olub. Daim atamın əlində tar, mənim əlimdə qaval olub. Anam mənə “qab yu, xörək bişir” demirdi. Ancaq və ancaq oxumaqnan məşğul idim. Olurdu arada aradan çıxırdım. “Mahur”u başlayanda “da-da” yorurdu məni – bir-iki dəfə də olsa, bəhanə gətirib, aradan çıxmışam.
Atamı həmişə dinləmişəm. İndi çox təəssüf edirəm ki, gərək lap çox dinləyəydim, çox qidalanaydım. Bu gün üçün Alim müəllimə həyatımı borcluyam – iç dünyamı ifadə edə bildiyim musiqini mənə öyrədib.
On altı yaşım olanda Konservatoriyaya daxil oldum – onda atam orada dərs demirdi. Məcbur olub bir il Arif Babayevin sinfində oturub atamı gözlədim. Atam dərsləri sinifdə yox, özünün məşq yerlərində keçirdi – daha səmimi mühitdə, daha araşdırıcı formada, yaradıcı şəkildə öyrənirdik.
- “Qızım gəlsin!”
- Qızınla gəl!
On yeddi yaşımda ilk dəfə atamla səfərə getdik – Almaniyaya. Onda atam məni səhnədən çağırdı. Onda mən heç bilmirdim ki, oxuyuram, hələ də bilmirəm ki, mən oxuyuram. Konsertin axırıydı, çağırdı “qızım gəlsin”. Çıxdım səhnəyə, məşqsiz-filansız, “Ay qız kimin qızısan”ı “Şur”nan oxuduq. Ondan sonra atamla səfərlərə başladıq – o gün təkan oldu. Atamı səfərlərə çağıranda deyirdilər ki, qızınla gəl. Fransaya səfərimizdə də atam risk elədi məni çağırdı. O lent yazısına baxanda mən hələ də kövrəlirəm – yazıqlıq, qorxaqlıqla yanaşı, çox yaxşı oxumuşdum. Ayrıca səfərlərimiz başlananda atamın ağlına gəldi ki, duet oxuyaq. İlk duetimiz “Getmə, getmə” oldu. Hələ də o dueti oxuyuruq, atamla nə qədər axtarsaq da, o cür duet tapa bilmirik. Hər musiqini oxuya bilmərik, odur ki, araşdırırıq. Bəstəkarlardan da bizim ruhumuza bab mahnı yazan yoxdur. Ayrı duetimiz də var: “Qaşların kamandır…”
“Gözümü açandan evdə münaqişə görmüşəm”
Bu günlərdə atam lent yazılarına qulaq asanda söylədi ki, bu mahnıları mən ağlaya-ağlaya oxumuşam. Evdə hamı - atam-anam, arvadım – bir-biriylə dalaşırdı, mən də gedirdim toylara oxumağa.
Mən göz açandan evdə münaqişə görmüşəm. Ancaq bu münaqişənin içində o qədər məhəbbət görmüşəm ki! Münaqişəsiz evdə mən hələ o məhəbbəti görməmişəm. Bizim evdə səmimiyyət vardı. Söz-söhbətsiz ev olmur ki!?
Nənəm ərköyün arvad idi, babam da bir az sadəlövh kişiydi. Nənəm nə istəyirdisə, elə də olmalıydı. Babam da araşdıran deyildi, felə gedəniydi. Atam cavan oğlan, anam cavan gəlin – odun üstünə su səpən lazım idi, müdriklik gərək idi, bizdə əksinə olurdu – odun üstünə benzin tökülürdü. Bu söz-söhbət mən gözümü açandan ta bağlayana qədər davam elədi. İndi, şükür Allaha, sakitlikdi – nənəm rəhmətə getməmişdən qabaq düzəldi vəziyyət – xəstələnəndə anam ona çox yaxşı baxdı. İndi daha bizdə “dır-dır, mırhamır” yoxdu.
“Atama deyirdim ki, niyə ayrılıb getmədin?”
Əmim vaxtında ağıllı tərpənib, nənəmgildən ayrıldı. Atama deyirdim ki, sən niyə ayrılıb getmədin. Ayrılsaydın, çox xoşbəxt olardın. Atam “atamdan-anamdan ayrılmağı özümə çox ayıb bir şey bilirdim, onlardan necə ayrılaydım? Onlar mənim gözümün qabağında olmalıydılar” dedi. Mən hesab edirəm ki, Alim müəllim ayrılsaydı, xoşbəxt olardı, həm ata-anası rahat olardı, həm də özü. Amma ayrılmadı…
Dava-dalaşı musiqi əvəz edirdi – bu ikiüzlülük deyildi, səmimiyyət idi.
“Nənəmin əzizgirami nəvəsiydim”
Nənəmin ata-anamla münasibəti məni əzizgiramilikdən məhrum etmədi. Nənəm məni həddən artıq çox istəyirdi. Bir-birimizə elə bağlıydıq ki, indinin özündə də qeyri-iradi soruşmaq istəyirəm ki, nənəm necədi, birdən ayılıram ki, rəhmətə gedib. Rəhmətə gedəndə mən düz onun balışının yanında yatmışdım. Yeddi-səkkiz dəfə onun üçün “Yasin” oxumuşam.
Anamın sevgisi onu bütün bunlara dözdürdü – ayrı cür mümkün ola bilməzdi. Nənəmlə anamın arasında qalanda, anam da məndən küsəndə pis olmuşam, nənəm də küsəndə pis olmuşam.
“Atamın yaxşı oğul olmağına qibtə edirəm!”
Nənəm rəhmətlik çox qeyrətli, damarlı qadın idi. Atam əsgərlikdə olanda evə yazıb ki, gəlin, məni burdan götürün. Nənəm borc-xərc edib, babamı da götürüb gedib Kalininqrada. Atam Asəf Zeynallıya girəndə də eləcə. Deyirmiş ki, maşın almamış mən məktəbə getməyəcəm. Maşın da alıblar. Valideynlər övladcanlı olduqları kimi, atam da, qardaşı da valideynlərin yolunu tutublar, xətir-hörmətlərini saxlayıblar. Atama qibtə edirəm ki, kaş ata-anaya qarşı onda olan xüsusiyyət məndə də olsun.
“Sənətə gələndə də, sənətdə də heç bir qorxum olmayıb”
Sənətə gələndə heç bir qorxum olmayıb. Bu sənət onda qorxulu olardı mənə, əgər atamı qorxunc vəziyyətdə görsəydim. Atam həmişə canını-qanını sənətə qurban verən insan olub. Məhz sənətə görə toylara getməkdən imtina edib.
Özümə gələndə, sənətdə nəyisə əldə edə bilməyimə gəldikdə isə Alim müəllimin yanında olmağımın özü çox şey deməkdi. Alim müəllimin qızı olmasaydım, deyə bilmərəm, amma özüm də görmüşəm ki, oxumağımda elə anlar olub ki, Alim müəllim vəcdə gəlib, bəzən elə olub ki, “gözləmirdim” etirafında bulunub.
İstəyirəm ki, özüm kimi oxuyum, deməsinlər, atası bundan yaxşı oxuyurdu. Öz yolumu getmək istəyirəm. Gələcəkdə necə olacaq, deyə bilmərəm.
“Muğam məlhəmdi və deməli, həm də…”
Muğam məlhəmdi - bunu hətta bu yaxınlarda ekran-efirdən də səsləndiriblər ki, vaxt gələcək, Alim müəllimin səsi ilə müalicə edəcəklər. Deyə bilmərəm kimsə ciyərini-böyrəyini müalicə edəcək bu səslə, amma bu, ruhi qidadır.
“Öncə ailəmdir, sənət sonra…”
Bütün ailələrdə problemlər olur – mənim də elə problemim var. Boşanma olmayıb, təşəbbüsü də mən göstərməmişəm. Səbəb heç də mənim sənətim deyil – sənətim ailəm üçün problem olsaydı, ailəni üstün tutardım. Çözüləsi problem deyil. Dedi-qodu elə bir söhbətdi, qurtaran deyil. Az qala atamı “narkoman” eləmişdilər. “Dözə bilmirəm” söhbəti də deyil – dözümün ən böyük nümunəsi anam olub. Həmişə istəmişəm ki, hər şey axarıyca olsun. Həmişə həyatımda belə olub. Öz axarını gözləmişəm. Əvvəlcədən qərar verməmişəm. Mənfiyə ilk addımı atmamışam. Müsbətə doğru sanki kimsə qolumdan tutub aparır.
“Övladı böyütməzlər ki, məhz sənin qayğını çəksin…”
Heç bir ana əlində imkan ola-ola, övladından nəyisə əsirgəməz. Qorxaqlıqdan, imkansızlıqdan nəsə ola bilər. Elə bir ailədə böyümüşəm ki, valideynlər uşaqları üçün mal-dövlətini, canlarını-qanlarını əsirgəməyiblər. Təbii ki, mən də övladlarım üçün elə olmağa çalışıram. O mənada yox ki, sabah qocalanda qayğıma qalacaqlar. Adama bir stəkan çayı qonşu da verə bilər, həkimi dost da, qulluqçu da çağıra bilər, mən cəmiyyət üçün faydalı olmaqlarına ümid bəsləyirəm, üç manatım varsa, üç manat xərcləyirəm, on manatım varsa, on manat.
“Ruhumun insanları ailəmin üzvləridir”
Evimizdə birinci anam Quran oxumağa başlayıb, ondan beş-altı ay sonra mən başlamışam. Quranı oxumaq ən azından adamı Allaha bir addım da yaxınlaşdırır.
Hələ ki, özümü tək hiss etməmişəm. Əhatəmdə məni başa düşən, ruhumun adamlarıdır. Dualarımda da həmişə deyirəm: “İlahi, məni özümlə baş-başa buraxma, nəzərini üstümdən əskiltmə!”
“İnsanlar nəfsi ayaqlaya bilsəydilər, Allahla üz-üzə qalardılar”
Bu həyat çox çətin həyatdır – adam var övladı yoxdu, dərdi budur, adam var övladı çoxdu, dərdi budur. İnsan heç nəynən qane olan deyil, naşükürdür. Bu dünyada xoşbəxtlik anlamı yoxdur. Bu dünyada bədbəxt deyilsənsə, bu elə xoşbəxtlik sayıla bilər.
“Daim içimdə mübarizə gedir”
Atamın bir sözü var – daim içimdə mübarizə edirəm. Adam özüylə mübarizə aparmağı bacarmalıdır.
Atam məndən övlad kimi çox razıdır!
Tamaşaçıların da razı olduğunu siz deyirsiniz!
Amma müğənni kimi atamın məndən razı olduğunu deyə bilmərəm.
Allahın mömin bəndəsi olmaq isə ən böyük arzumdur ki, bunun üçün də çalışıram.
Aydın Canıyev
[email protected]

2771