Azərbaycan bu pakistanlını Tacikistana verdi
02 aprel 2026 16:56 (UTC +04:00)

Azərbaycan bu pakistanlını Tacikistana verdi

0

Pakistan İslam Respublikasının vətəndaşı 1989-cü il təvəllüdlü İnsaf Sobianın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Tacikistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Tacikistanda dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş İnsaf Sobia 2026-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar