Rihannanı öldürmək istəyən qadına  qarşı ittiham irəli sürüldü
11 mart 2026 07:11 (UTC +04:00)

Rihannanı öldürmək istəyən qadına qarşı ittiham irəli sürüldü

0

Ötən həftə amerikalı müğənni Rihannanın evinə atəş açan qadın qəsdən adam öldürməyə cəhddə ittiham olunub.

Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə martın 9-da müğənni Los-Ancelesdəki evində olarkən avtomobillə oradan keçən bir qadın onun evini AR-15 tipli silahdan atəşə tutub.

Hücumçunun 35 yaşlı İvanna Ortiz olduğu müəyyən edilib. “New York Post” qəzetinin məlumatına görə, o, sosial media hesabında dəfələrlə Rihanna haqqında təhqiramiz paylaşımlar edib.

Prokurorlar bildirirlər ki, Rihannanın evinə yarımavtomat tüfəngdən atəş açmaqda günahlandırılan qadın qəsdən adam öldürməyə cəhd də daxil olmaqla, ondan çox maddə ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar