Vaqif Mustafazadənin ev-muzeyinin təmiri başa çatıb
Cazmenin vəfatının 30 illiyinə həsr edilmiş gecə keçiriləcək
2009-cu il 16 dekabr saat 20.00-da Bakı Caz mərkəzində dahi Azərbaycan musiqiçisi, “Caz-muğam”ın banisi Vaqif Mustafazədənin vəfatının30 illiyinə həsr edilmiş gecə keçiriləcək. Bu barədə Lent.az-a məlumat Mədəniyyət və Turizm nazirliyindən verilib. Gecəyə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Proqrama V.Mustafazadənin ev muzeyinin əməkdaşları tərəfindən hazırlanmış Vaqif Mustafazadə saytının təqdimetmə mərasimi, bədii rəhbəri məşhur “Sevil” ansamblının üzvü Rəna Talıbova, prodüseri Vaqif Mustafazadənin bibisi qızı Afaq Əliyeva olan “Retro-Sevil” ansamblının çıxışları daxildir.
Anım gecəsi Mədəniyyət və Turizm Nazirliyi və Vaqif Mustafazadə adına Xeyriyyə fondu ilə birgə təşkil olunur.
Hazırda Vaqif Mustafazadənin ev-muzeyinə dövlət statusu verilib. Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfındən muzeyin əsaslı təmiri təşkil edilib və təmir işləri 5 aydan bir az artıq davam edib. Fundamental bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı vaxtların üslubu və atmosferi saxlanılıb. Təmir boyu həm də muzeyin ekspozisiyası yenilənib, bir neçə təzə eksponatlar əldə edilib.
Girişdə qonaqları Azad Zeynalovun yaratdığı heykəl qarşılayır, yan tərəfdəki divarda Ömər Eldarovun tişəsinə məxsus olan sənətkarın işıqlandırılmış barelyefini görmək olar. Bu yaxınlarda ev-muzeyinin sərgisində (ekspozisiyasında) yeni bədii əsərlər – Vaqif Mustafazadənin heykəltəraşlıq portreti və qalvanik portreti (rəssam Asim Quliyev), musiqiçinin və onun qızı Əzizənin portreti və əməkdar rəssam Namiq Zeynalovun işi olan cazmenin daha bir portreti nümayiş etdirilməyə başlanıb. Hazırda muzeydə 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertfikatlar, val və fotoalbomlar saxlanılır.
Lalə Yusifqızı

Oxşar yazılar

Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23