Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasıın 75 illiyi ilə əladəqadar olaraq noyabrın 12-dən 17-dək Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə Lent.az-a Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacixanoğlu məlumat verib.
Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq beynəlxalq festivalda dünyaca tanınmış bəstəkarlar və musiqişünaslar Vladimir Şerbakov, Yermin Yocef (Ukrayna), Kaxa Tsabadze, Elizbar Lombdaridze (Gürcüstan), Aleksandr Çaykovski, Vyaçeslav Meduşevski (Rusiya), Balnur Kadırbek (Qazaxstan), Gennadiy Çobanu (Moldova), Qudratulla Hikmətov (Tacikistan) iştirak edəcəklər.
Festivalın açılışı 12 noyabrda Fəxri Xiyabanın ziyarətlə başlayacaq. Sonra Bəstəkarlar İttifaqının konfrans zalında mətbuat konfransı keçiriləcək. Festivalın açılışı isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Səhəri gün Bəstəkarlar İttifaqının zalında “Azərbaycan bəstəkarlar məktəbi: axtarışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Həmin gün Bəstəkarlar İttifaqının Ü.Hacibəyli adına Konsert salonunda kamera musiqisindən ibarət konsert də nəzərdə tutulub.
Festivalın qalan günlərində “Musiqi dünyası” jurnalının 10 illik yubileyinə həsr olunmuş konfrans, Firəngiz Əlizadənin “İntizar” operasının konsert ifası, “Azərbaycan bəstəkarları - uşaqlara” konserti və “Gənclər - avanqardda: səslər və rənglər aləmində” gənc bəstəkarların musiqi və rəsm əsərlərindən ibarət sərgisi və digər tədbirlər nəzərdə tutulub.
Sonuncu gün “Gənclər - avanqardda: səslər və rənglər aləmində” məclisinin müzakirəsi, Gənc bəstəkarların əsərlərinin lent yazısında dinlənilməsi nəzərdə tutulub.
Festival M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında simfonik konsertlə yekunlaşacaq.
Lalə Yusifqızı

876