Cəmil Quliyev “Mədəniyyət” kanalının baş direktoru oldu
11 fevral 2011 17:31 (UTC +04:00)

Cəmil Quliyev “Mədəniyyət” kanalının baş direktoru oldu

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, yeni kanala əməkdar incəsənət xadimi Cəmil Quliyev direktor təyin edilib. X. Qasım deyib ki, “Mədəniyyət” kanalının açılışı fevralın 14-də, axşam 20.30-da - AzTV-də “Xəbərlər” proqramı bitdikdə sonra baş tutacaq. Kanalın təntənəli açılışından sonra “Muğam” müsabiqəsinin açılışı olacaq. Fevralın 15-dən isə “Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək
# 1086

Oxşar yazılar