ANS TV-nin Departament rəhbəri: “Pişik Günellə danışıqları müvəqqəti dayandırmışıq” – MÜSAHİBƏ
“Efirimizdə əyləncəli proqramların sayını artırmışıq”
ANS TV-nin Proqramlaşma Departamentinin rəhbəri Rəşad Məmmədovun Lent.az-a müsahibəsi
- ANS TV yeni mövsümə bir müddət öncə start versə də, hələ efirə ilk buraxılışı çıxmamış verilişlər var. Bu, nə ilə əlaqədardır?
- ANS TV yeni mövsümə digər telekanallardan daha tez – sentyabrın 1-də start verdi. Bu mövsüm axşam efirinə “Ulduzlu gecələr” adını vermişik. Bunun isə mənası odur ki, sentyabrın 1-dən həftənin 7 günü saat 22:00-dan 23:00-dək efirimizdə məşhur insanlar proqramlar aparacaq. Bu məşhurların sırasına Sevil Nuriyeva, Sevinc Osmanqızı, Mirşahin Ağayev və digərləri daxildir. Yeni verilişlərin əksəriyyətinin yayımına artıq başlamışıq. İlk startımız sentyabrın 1-də olubsa, ikinci start sentyabrın 21-də veriləcək. Həmin tarixdən etibarən efirimizə iki yeni serial və bir proqram əlavə olunacaq. Belə ki, həftə içi hər gün “Atlantida” və “Ehtiraslı qisas” seriallarının yayımına başlayacağıq. Biz “Zona” serialının davamı olaraq “Ostroq” serialını da efirə verəcəyik ki, bunun da böyük səs-küyə səbəb ola biləcəyini düşünürük. Eyni zamanda, gələn həftədən etibarən Mübariz Əsgərov aparıcılıq etdiyi “Qulp” verilişi nümayiş etdiriləcək.
Biz səhər efirimizi də bir qədər dəyişdirmişik. Belə ki, səfər efirimizi 3 saatlıq bir şouyla – “Günəbaxan” adlı verilişlə açırıq. Başqa bir yenilik isə ondan ibarətdir ki, bu mövsümdən etibarən gündəlik layihələrimizin sayı artır.
- ANS TV-nin bu ilk mövsümü əvvəlkilərlə daha çox nə ilə fərqlənir?
- Ümumiyyətlə, diqqət yetirsəniz özünüz də görərsiniz ki, ANS TV mövsümdən-mövsümə fərqlənir. İlk fərqimiz ondadır ki, efir şəbəkəmizdə bir qədər dəyişiklik həyata keçirmişik. Buna serial və proqram siyasətinin dəyişikliyi də aiddir. Əsas dəyişiklik isə odur ki, hazırda efirimizdə müsabiqə xarakterli verilişlər yoxdur. Həmçinin, efirimizi tok-şou tipli məlumat, informasiya bazasına əsaslanan proqramlarla zənginləşdirmişik. Eyni zamanda, efirimizin xəbər dolğunluğunu artırmışıq.
- Ancaq əvvəlki mövsümlərlə müqayisədə ANS TV-nin efir siyasətində əyləncəyə meylin artdığı, əyləncəli verilişlərə daha çox yer ayırdığı hiss olunur...
- Monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan teleməkanında ən reytinqli proqramlar əyləncəli verilişlərdir. Əlbəttə ki, biz də bundan yan keçməmişik və efirimizdə əyləncəli proqramların sayını artırmışıq. Ancaq təbii ki, bu, efirin 100% əyləncə olması demək deyil. Əslində diqqət yetirsəniz görərsiniz ki, ANS TV-dəki əyləncə proqramları digər telekanallarda göstərilən analoji verilişlərdən özünün maarifləndirici xüsusiyyətilə fərqlənir.
- Əvvəlki mövsümlə müqayisədə ANS-in efirində əyləncəli verilişlər təxminən neçə faiz artıb?
- Elə də böyük artım baş verməyib. Sadəcə, əvvəlki mövsümlə müqayisədə təxminən 20-25 yeni layihə hazırlanıb. Bu, keçən mövsümə də xas idi.
- Verilişlərin bir qisminə aparıcı olaraq dəvət edilən bəzi aktrisa və müğənnilərin təklifdən imtina etdiyi deyilir...
- Xeyr, imtina edən olmayıb. Biz özümüz əvvəlcədən kiminlə əməkdaşlıq edəcəyimizi nəzərdən keçirib, bu barədə düşünmüşük. Sonra da əməkdaşlıq etmək niyyətini həmin adamlara çatdırmışıq və təkliflər müsbət qarşılanıb. Sadəcə olaraq yeni mövsümü bir neçə mərhələ ilə başladığımızdan həmin o verilişlər növbəti mərhələlərdə veriləcəyinə görə yubanır. Yəni burada imtinadan söhbət gedə bilməz.
- İmtina edənlər arasında Xalq artisti Afaq Bəşirqızının da adı çəkilir. Onu əməkdaşlığa dəvət etmisinizmi?
- Biz bu barədə ilkin mərhələdə düşünmüşdük, sonra isə fikirləşdik ki, Afaq xanım çox məşğul adamdır, daima tədbirlərdə, qastrollarda olur. Ona görə də düşündük ki, onun aparıcılıq etməsi nəzərdə tutduğumuz verilişi başqa adama verək. Həmin insanın adını isə tezliklə biləcəksiniz.
- Bəs xalq artisti İlhamə Quliyeva?
- İlhamə xanım hazırda müalicə alır, Allahdan ona şəfa diləyirik. Müalicəni bitirdikdən sonra onunla danışıqlarımızı davam etdirəcəyik.
- ANS TV-də veriliş aparıcılığına namizədlər arasında Pişik Günel kimi tanınan Günel Ələkbərovanın da olduğunu eşitmişik...
- Pişik Günellə biz bir müddət danışdıq. Sadəcə olaraq onun ürəyindən başqa tipli veriliş keçdiyindən, ona görə də bu xanımla müvəqqəti olaraq danışıqlarımızı dayandırmışıq. Lazım biləndə danışıqları davam etdirəcəyik.
Pərvin ABBASOV

2100