Gənc Tamaşaçılar Teatrının saytı hazırlanır
08 fevral 2011 15:16 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrının saytı hazırlanır

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yüksək peşəkarlıqla hazırlanan saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, inzibati və yaradıcı kollektivləri, bədii heyəti haqqında geniş məlumat yerləşdirilib. Saytda həmçinin, video və fotoalbom, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapacaq.


Yeni saytda forum və vebsayt da daxil olmaqla teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar, yaxın üç ay ərzində göstəriləcək tamaşalar haqqında informasiyalar yer alacaq.

Xəyalə
# 852

Oxşar yazılar