Əbülfəs Qarayev: “Arzulayardıq ki, Şəki bütövlükdə YUNESKO-nun siyahısına daxil edilsin”
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, YUNESKO-nun qeyri-maddi irs siyahısına şəbəkə incəsənət növünün, bəzi mərasimlərin və miniatür sənətinin daxil edilməsi planlaşdırılır, Maddi irs siyahısına gəlincə, növbəti mərhələdə Naxçıvanın memarlıq abidələrindən Mömünə Xatun türbəsi və Qarabağlar abidəsinin ora salınması nəzərdə tutulur: “Arzulayardıq ki, haçansa İçərişəhər olduğu kimi, başqa bir şəhərimiz də, məsələn, Şəki bütövlükdə bu siyahıya daxil edilsin. Bu o demək deyil ki, bu, digər tarixi abidələrin taleyinə mənfi təsir göstərə bilər. Biz ümumiyyətlə, ən dəyərli abidələrimizi qorumalı, YUNESKO siyahısında olmasa belə, Azərbaycan dövləti tərəfindən onların lazımi mühafizəsini təmin etməli və xalqın tarixini, memarlıq abidələrini öz sərvətimiz kimi qiymətləndirməliyik”.
Xəyalə Muradlı
Xəyalə Muradlı
756