Mirnaib Həsənoğlu Fotoqraflar Birliyinin yeni sədri seçildi
05 fevral 2011 19:33 (UTC +04:00)

Mirnaib Həsənoğlu Fotoqraflar Birliyinin yeni sədri seçildi

Lent.az-ın məlumatına görə, iclasda ilk olaraq birliyin keçmiş sədri Asiyat Fətullayevanın hesabatı dinlənilib. Hesabatdan sonra AFB-nin 8 nəfərdən ibarət İdarə Heyəti seçilib. Səsvermə əsasında Mirnaib Həsənoğlu İdarə Heyətinin sədri seçilib.

İclas zamanı AFB-nin tərkibində ilk dəfə olaraq 5 nəfərdən ibarət Məsləhət Şurası da yaradılıb. Eyni zamanda təşkilatın 1998-ci ildə qəbul olunmuş nizamnaməsinə bəzi dəyişikliklər edilib.

Qeyd edək ki, 1998-ci ildə yaradılan Azərbaycan Fotoqraflar Birliyinin hazırda 130 üzvü var.

Xəyalə Muradlı
# 1156

Oxşar yazılar