Əyyub Quliyev Opera və Balet Teatrında dirijor kimi debüt etdi
05 fevral 2011 11:14 (UTC +04:00)

Əyyub Quliyev Opera və Balet Teatrında dirijor kimi debüt etdi

Əyyub Quliyevlə bərabər teatrın solistləri, xor və orkestr görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operasını ifa edib.

Tamaşa barədə Lent.az-a məlumat verən Əyyub Quliyev bildirib ki, baş rolları xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova, İnarə Babayeva, Əkrəm Poladov səsləndirib. Tamaşanın musiqi rəhbəri xalq artisti, professor Fərhad Bədəlbəyli, rejissoru isə əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Gənc dirijorun sözlərinə görə, böyük maraqla qarşılanan tamaşanın sonunda zalda əyləşən musiqi ictimaiyyəti və dinləyicilər ifaçıları yenidən səhnəyə çağırıblar. Qonaqlar arasında olan tanınmış musiqiçilər və sənət xadimləri teatrın orkestri və solistlərinin yüksək professional ifasını xüsusi olaraq qeyd ediblər.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar