“Şərq-Qərb” festivalı bu dəfə fərqli olacaq
11-ci “Şərq –Qərb” Bakı Beynəlxalq Kino festivalına 18-23 sentyabrda start veriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov festivalla bağlı mətbuat nümayəndələri ilə görüş keçirib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri - Cahangir Məmmədov, Yusif Şeyxov və “İbrus” teatrının direktoru Lalə Əfəndiyeva da iştirak edib.
Rüstəm İbrahimbəyov bu il Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunduğu üçün festivalın bir qədər əvvəlkilərdən fərqli olacağını deyib: “11-ci festivalda müsəlman ölkələrinin filmləri nümayiş etdiriləcək”.
Sədr festivalda həm də dünya kino sənətinin ulduzlarının da iştirak edəcəyini xəbər verib: “Onlar festivalda təmənnasız iştirak edəcəklər”.
Festival Azərbaycan Kinematoqrafçılar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçlığı, Heydər Əliyev Fondu, MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçiriləcək.
Festivalın coğrafiyası bu il daha genişləndiyini deyən R. İbrahimbəyov builki “Şərq-Qərb” festivalında ənənəvi Avrasiya ölkələrində istehsal edilən, özünə kifayət qədər kinematoqrafiya ictimaiyyətini cəlb edə bilmiş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərlərinin panoramının təqdim ediləcəyini də əlavə edib.
Qeyd edək ki, bu il festivalda müsəlman ölkələri “Qırxıncı qapı” (Azərbaycan, 2008-ci il, rej. Elçin Musaoğlu), “Stalinə hədiyyə” (Qazaxıstan, 2008-ci il, rej. Rüstəm Abdraşev), “Hər gecə tənhalıq” (İran, 2008, rej. Rəsul Sədrəməli), “Manekenlər” (İran, 2008, rej. FiruzəXosrovani), “Yurta” (Özbəkistan, 2007, rej. Eyyub Şahobiddinov), “Takva” (Türkiyə, 2006, rej. Özer Kızıltan), “İtmiş ruhun axtarışında” (Misir, 2006, rej. Fillip Dib), “Kasaneqra” (Mərakeş, 2009, rej. Nurəddin Laxmari), “Otuzuncular” (Tunis,2008, rej. Fadhel Cəziri) filmləri ilə təmsil olunacaq.
Festivalın əlamətdar hadisələrindən biri də tanınmış Çex kinematoqrafçısı, “Qızıl Qlobus” mükafatına layiq görülmüş, ssenarist və prodüser Yan Sverakın “Sürmə” (1994), “Kolya” (1995), “Neftçilər” (1998) filmlərinin retrospektiv olmasıdır.
Festivalda həm də tanınmış Çex rejissoru Zdenek Troşkanin “Ən gözəl tapmaca” film-nağılın Azərbaycan premyerası və eləcə də Nana Djorcadzenin “Meteosəfeh” və Teymur İsmayılovun “Binqo” filmləri nümayiş olunacaq.
Eləcə də “Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri” mövzusunda keçiriləcək dairəvi masa festival iştirakçılarını və tamaşaçıları öz ətrafına toplayacaq.
əlavə edək ki, festival çərçivəsində həmçinin Aleksandra Kremer- Xomasuridzenin müəllif foto-sərgisi keçiriləcək.
Ənənəvi olaraq festivalda “Tamaşaçılara ən humanist göndəriş”, “Dünya kinematoqrafınakı xidmətlərinə görə”, “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı rola görə”, “Kişilik rəmzi tərənnüm edən ən yaxşı rola görə”, “Ən parlaq debüt” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.
Lalə Yusifqızı

1217