“Koramal” müsabiqənin ən uğurlu layihəsi idi” – MÜSAHİBƏ
“Festivalda hamı “axır ki, Azərbaycan filmi də gəldi”,- deyirdi”
2009-cu ildə “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi olan “Koramal” filmi Serbiyada keçirilən VIII “Dokufest” film festivalından mükafatla qayıdıb. Film “Beynəlxalq qısametrajlı filmlər” bölməsində 30 film sırasında fərqlənərək festivalın “Special Mention” xüsusi mükafatına layiq görülüb.
“EXA prodakşn”ın istehsalı olan bu filmin ssenari və quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, Balkanların qədim şəhəri Prizrendə keçirilən festival
təəssüratlarını Lent.az-a danışıb:
- Yaradıcılıq səfərindən qayıtdığınıza görə təbii ki, ilk olaraq işinizlə bağlı geniş məlumat və səfər təəssüratlarınızı bilmək istəyəcəyik.
Xəyyam Abdullayev:
- “EXA” prodakşnın istehsalı olan “Koramal” filmi Mədəniyyət və Turizm nazirliynini “Bu meydan, bu ekran” qısametrajlı bədii filmlər layihəsinin qalib ssenarilərindən, filmlərindən biridir. “Koramal” bu layihələr içində ən uğurlu layihə idi, mən bunu cəsarətlə deyə bilərəm. Fakt göz qarşısındadır, ölkənin mətbu orqanları bu haqda yazırlar. Yeri gəlmişkən, film may ayında Latviyanın paytaxtı Riqa şəhərində keçirilən 14-cü “ANNAS” beynəlxalq film festivalında “Special Mention” mükafatına layiq görülüb. Bu hadisədən sonra elə “Kino Günü”ndə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizimlə görüş keçirdi, şəxsən xeyir-dua verib, işimizi qiymətləndirdi. Bu, “Koramal”ın ilk uğurları idi, hesab edirik ki, hələ yenə də böyük festivallarda mükafatlar götürəcək, bizə “Qran-pri” qazandıracaq.
Fürsət düşmüşkən, qalan heyətin də əməyini xatırladım, filmin operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Rollarda İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər.
- Festivalı masştabına görə necə qiymətləndirə bilərsiniz?
Elməddin Alıyev:
- Artıq 8-ci dəfədir ki, keçirilir. Prizren- Balkanların ən qədim şəhəri olduğu üçün ənənəvi olaraq bu şəhərdə baş tutur. Bütün Balkan yarımadasında bu tədbir mahiyyətinə görə ən böyük mədəniyyət tədbirlərindən biri hesab olunur. Ona görə də bütün Balkan ölkələri burada öz evləri kimi iştirak edir. Film çox böyük maraqla qarşılandı, gənc kinematoqraflar da bəyəndi. Festival bir neçə mərhələdə aparılıb- sənədli, qısametrajlı, ekoloji, milli, uşaqlarla bağlı bölmələr var idi. Biz qısametrajlı 30 film arasında seçilmişik. Bunlar hamısı Avropadan deyildi, aralarında İran filmləri də iştirak edirdi. Ümumilikdə, festivalın proqramına 700-ə yaxın film aid idi. Elə ölkələr var idi ki, oraya 3-4 film göndərmişdi.
- Ümumilikdə hansı qənaətbəxş və sizi razı salmayan nəticə əldə etdiniz?
Xəyyam Abdullayev:
- Bizim məqsədimiz orada iştirak edən filmləri izləmək və müzakirə etmək idi. Orada gələn filmləri müqayisə edib bilməliydik ki, gündəmdə olan hansı mövzulardır, hansı filmlər daha çox izlənir, uğur qazanır. Uğur qazanmağımız üçün bunları bilmək daha önəmlidir. Demək olar ki, bütün filmlərə baxdıq və belə qənaətə gəldik ki, hansı filmlər uğur qazana bilər.
- Araşdırmaların nəticəsi nə oldu?
Elməddin Alıyev:
- Müqayisədən belə qənaətə gəldik ki, Azərbaycan kinosunda çalışan gənclər dünya ölkələrində çalışan gənclərdən təxəyyül baxımından heç də geri qalmır. Hətta düşüncə tərzimizlə, hadisələrə yanaşmamızla irəlidəyik. Təsvir və təsəvvürümüz güclüdür. İdeya, mövzu baxımından müqayisə edildikdə isə, dünyanın ən inkişaf etmiş gənclərinin işlərindən təkcə texniki göstəricilərə görə geri qalırıq. Biz videoformata çəkirik, onlar ən xırda işləri belə kinolentə çəkirlər.
- Ən çöx toxunulan mövzu nə idi?
Xəyyam Abdullayev:
- Bu gün ümümiyyətlə bütün təşkilatların hamısında müəyyən qlobal problemlər –yoxsuluq, ekoloji problemlər, gender və s bunlar var. Bizim filmimizdə bir neçə mövzu birləşib. Hətta bəzi festivalların internet saytlarında təqdimat ərizələrini doldurarkən filmin mövzusuna dair 6 -7 bölməni doldurmalı olduq. İnsan psixologiyası, insan haqları, ekoloji, və s aktual probelmər öz əksini tapıb. Festivalın ödülündən də yüksək ödül olsaydı, yenə də biz alacaqdıq. Hətta orda bizə müştərək filmlər işləməyi təklif etdilər.
Biz təsvirlə insanları inandırmışdıq. Filmin izlənilmə müddətində insanlar 6-7 dəfə əl çaldılar. Ən çox Avropa ölkələri, Avstriya, İtaliya, Almaniya ölkələrinin kinematoqrafları ilə qərara gəldik ki, gələcək festivalda da iştirak edək.
- Bundan sonra festivallara qatilmağı düşünürsünüz?
Elməddin Alıyev:
- Sösüz ki. Bayaq vurğuladım, festivallar əsasən payız aylarında olur. Bundan sonra yenə iştirak etməyi planladırırıq. Onu da deyim ki, ora gələn prodüserlərdən də təklif almışıq. Onlar öz ölkələrində keçircəkləri festivalda bizim ölkəmizin film nümunəsini görmək arzusundadırlar. Oranın tamaşaçıları maraqlı filmləri görmək istəyirlər. Hətta bizi növbədənkənar öz proqramlarına daxil etmək fikirində olanlar da var. Burada birinci dəfə idi ki, Azərbaycan iştirak edirdi. Bizi orda qarşılamağa gələndə çox maraqla qarşılayırdılar ki, nəhayət, Azərbaycan gəldi, o ölkənin də filmləri ilə tanış olmaq imkanı var. Biz də orda müəyyən təbliğat işləri gördük, mümkün qədər çox digər ölkələrin mətbuat səhifələrinə, televiziyalarına müsahibələr verdik, öz ölkəmizin kinosu ilə məlumatlandırdıq.
Lalə Yusifqızı

1073