Yaşar Nuri fevral ayını da Türkiyədə qalacaq
İstanbulun Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri fevral ayını Türkiyədə keçirəcək. Aktyor APA-ya açıqlamasında deyib ki, Azərbaycana nə zaman qayıdacağı hələ məlum deyil: “Müalicəm davam edir. Sərbəst hərəkət edə bilmirəm, bu problemi tədricən həll edirlər. Köməkliklə qalxıram, ancaq yeriməyimdə problem qalır. Bu müddət ərzində səhhətimdə çox irəliləyiş olub. Çəkimdə azalma yoxdur, vəziyyət yaxşıdır”.
Y. Nuri bildirib ki, həkimlər ona özünü soyuqdan qorumağı tapşırıblar və soyuq su içməyi qadağan ediblər: “Dörd ay az müddət deyil. Çox darıxıram, amma dözlməliyəm. Həkimlər müalicəni davam etdirirlər, ancaq nə zaman qayıda biləcəyəmi demirlər. Siqaret çəkə bilmirəm, bura gələndən dilimə siqaret dəyməyib. İçkidən isə çoxdan imtina etmişəm. Ümumiyyətlə, siqareti tərgitmək istəyirəm”. Aktyor vətənə tam sağlam şəkildə qayıtmaq istəyində olduğunu da vurğulayıb.
Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva da ötən müddət ərzində Y. Nurinin səhhətində çox irəliləyişlərin olduğunu diqqətə çatdırıb: “Adicə səsində irəliləyiş var. Çox şükür ki, səsini eşidirik. Hərəkətində problem var, onu da tədricən həll edəcəklər. Burada həkimlər heç bir məlumat vermirlər. Amma fevral ən qısa aydır. Ümid edirik ki, bu ay olmasa da, martda qayıdacağıq”.
Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabr ayından İstanbul Memorial Xəstəxanasında müalicə olunur.

692